Prezident İlham Əliyev tərəfindən 2024 - cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Sumqayıt Bələdiyyəsi qarşıya qoyulan fəaliyyət planına uyğun olaraq işlərini davam etdirir.

"Unikal" xəbər verir ki, ətraf mühitin qorunması və abadlaşdırılması işlərinə hər zaman xüsusi həssaslıqla yanaşan Bələdiyyə Sumqayıt şəhərində "Yaşma bağları" adlanan yaşayış massivində geniş abadlıq - quruculuq işləri həyata keçirir. Adı çəkilən ərazidə yaşayış sahələrinin həyətlərini əhatə edən divarların fasadı yenilənib, rənglənir, ətraf ərazilər alaq otlarından təmizlənərək yerində gül kolları, ağaclar əkilir.
Qeyd edək ki cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" olması ilə bağlı il ərzində Sumqayıt Bələdiyyəsi tərəfindən bu tip abadlıq - quruculuq işləri davam etdirilməsi nəzərdə tutulub.