Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi şəhəri ziyarət edən turistlərə müraciət ünvanlayıb.

Bu barədə "Unikal"a İdarədən məlumat verilib.

Vurğulanıb ki, 28 il sonra işğaldan azad edilən Şuşa şəhərinə turist axını şəhərin çirkləndirilməsinə səbəb olub.

Dövlət Qoruğu bununla əlaqədar maarifləndirici video yayaraq "Şuşaya hər atılan zibil, onun qəlbini incitməyə bənzər! Mədəniyyət paytaxtımızın təmizliyinə riayət edin!" deyə qeyd edib.