Xəbər verdiyimiz kimi, Rusiya Federal Penitensiar Xidmətin Volqoqrad vilayəti üzrə 19 saylı cəzaçəkmə müəssisəsində intizam komissiyasının iclası zamanı məhkumlar həbsxana işçilərini girov götürüblər.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisəni törədən məhbusların kimliyi açıqlanıb.
- Özbəkistan əsilli Temur Xusinov qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
- Özbəkistan əsilli Ramzidin Toşev narkotik satışı maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
- Tacikistan əsilli Rüstəmçon Navruzi narkotik satışı maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Gülayə Mecid