Vəkillər Kollegiyasının (VK) Aparatında yeni təyinat olub.

"Unikal" xəbər verir ki, bu barədə qərar VK Rəyasət Heyətinin keçirilən iclasında elan olunub.

Qərara əsasən, Orxan Babayev VK Aparatının rəhbəri – Baş katib vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2019-cu ildən VK-nın üzvü olan Orxan Babayev bu təyinatadək Kollegiya Aparatının İnsan resursları Şöbəsinin müdiri vəzifəsində çalışıb.