Sabahdan suyun əvvəlki rejimdə verilməsinə başlanılacaq.
İri Şəhərlərin Birləşmiş Su Təhcizatı xidmətindən "Unikal"a verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılır.
Avqustun 24-ü səhər saatlarında şəhərin su təhcizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcəkdir.