Polşa Ukrayna Silahlı Qüvvələrinin 23 min hərbi qulluqçusuna təlim keçib.
"Unikal" xəbər verir ki, bu barədə Polşa Prezidenti Anjey Duda Kiyevdə Ukrayna lideri Volodimir Zelenski və Litvanın Baş naziri İnqrida Şimonite ilə birgə mətbuat konfransında bildirib.
Duda əlavə edib ki, Varşava Kiyevə hərbi dəstək verməkdə davam edəcək, həmçinin Ukraynanın Aİ və NATO-ya daxil olmasını təşviq edəcək.
Mayın sonunda Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosinyak-Kamış bildirmişdi ki, Avropa İttifaqının müvafiq missiya çərçivəsində hazırlamağı öhdəsinə götürdüyü bütün Ukrayna hərbçilərinin üçdəbiri Polşada təlim keçib.
Aİ yayın sonunadək Ukrayna Silahlı Qüvvələrinin 60 min əsgərinə təlim keçmək niyyətindədir