ABŞ-dəki həbsxanadan Rusiyaya qayıdan sahibkar Viktor But Fransada "Telegram"ın qurucusu Pavel Durovun həbsi ilə bağlı bildirib ki, iş adamları üçün yeganə təhlükəsiz yer Rusiya Federasiyasıdır.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, “söz azadlığının olduğu yeganə təhlükəsiz yer Rusiyadır”.
“İndi özünü azad dünyanın vətəndaşı hesab edən bütün sahibkarlarımızın hələ də rus olduqlarını anlamalarının vaxtı çatıb. Hər halda, gec-tez onların dalınca gələcəklər”, - deyə sahibkar qeyd edib.
But həmçinin qeyd edib ki, Fransa prokurorluğu Durovun Bakıdan Parisə uçduğunu öyrənəndə ittiham irəli sürüb.
"Pavel Durova ABŞ tərəfindən də ittiham irəli sürülsə, təəccüblənmərəm", - deyə But bildirib.