Burkina-Fasonun şimal-mərkəzi bölgəsindəki Barsaloqo kommunasına silahlıların hücumu nəticəsində 200-ə qədər insan həlak olub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, qurbanlar arasında mülki şəxslər, əsgərlər və “Vətənin müdafiəsi üçün könüllülər” var. Həmçinin, bir neçə hərbi qulluqçu itkin düşüb.
Azı 140 nəfər isə xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.