Banqladeşdə aramsız musson yağışları və daşqınlar nəticəsində azı 20 nəfər ölüb, 5,2 milyondan çox insan zərər çəkib,.
"Unikal" "Röyters"ə istinadən xəbər verir ki, bağlanmış yollar xilasetmə və yardım işlərinə mane olduğu üçün ucqar ərazilərdə qida, təmiz su, dərman və quru geyimə ciddi ehtiyac duyulur.
Hökumətin baş müşaviri Məhəmməd Yunus televiziya ilə çıxışında deyib ki, administrasiya daşqın qurbanlarının tez bir zamanda normal həyata qayıtmasını təmin etmək üçün bütün lazımi tədbirləri görüb.
Banqladeş Meteorologiya Departamenti, suyun səviyyəsinin çox yavaş azaldığı üçün musson yağışları davam edərsə, daşqınların təsirlərinin davam edə biləcəyi barədə xəbərdarlıq edib. Səlahiyyətlilərin bildirdiyinə görə, 400 mindən çox insan daşqından zərər çəkmiş 11 rayonda 3500-ə yaxın sığınacaqda yerləşdirilib, 750-yə yaxın tibb qrupu tibbi yardım göstərir və Banqladeş ordusu, hava qüvvələri, donanma və sərhəd mühafizəsi xilasetmə əməliyyatlarına kömək edir.