Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu Zabrat qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub.

"Unikal" xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və yaxınları ilə yanaşı, BDU-nun professor-müəllim heyəti, ictimai xadimlər, tanınmış jurnalistlər və qələm adamları iştirak ediblər.

***09:18

Ötən gün yol qəzasında həlak olan professor Nəsiman Yaqublunun dəfn yeri məlum olub.

"Unikal" xəbər verir ki, mərhum professor günorta saatlarında Zabrat qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, deputatlığa namizəd Nəsiman Yaqublu Zəngilan rayonunda seçicilərlə görüşdən qayıdarkən şəxsi avtomobili ilə qəzaya düşüb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən professorun həyatını xilas etmək mümkün olmayıb.