İran İsrailə mütləq cavab verəcək, amma yaxşı hesablanacaq. 

"Unikal" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi X sosial şəbəkəsində yazıb.

Araqçi italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığından sonra yazıb: "İranın Tehrandakı İsrail terror hücumuna reaksiyası birmənalı şəkildə davam edəcək və balanslaşdırılmış və yaxşı hesablanmış olacaq".

İranlı nazir əlavə edib ki, Tehran regionda eskalasiyaya can atmır.

Ağarza Elçinoğlu