Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Tuncay Özkanı məhkəməyə verib, ona dəyən mənəvi zərərin ödənilməsini tələb edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“CHP-nin İzmir millət vəkili Tuncay Özkanın prezidentə ünvanladığı əsassız və yersiz ifadələri ilə bağlı 250 min türk lirəsi (TL) (7,3 min dollardan çox) mənəvi təzminat tələbi ilə bağlı iddia qaldırılıb” -deyə vəkil bildirib.
Qeyd olunur ki, dövlət başçısını təhqir etmək ittihamı ilə Ankara prokurorluğuna da müraciət edilib.