İşğal zamanı Qarabağda yaradılmış separatçı "Artsax Təhlükəsizlik Şurası"nın keçmiş katibi Samvel Babayanın siyasi iştahı yenidən açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti yazıb.
O, Ermənistanda parlament seçkilərinə fəal şəkildə hazırlaşır.
Məlumata görə, Xocalı cəlladlarından biri olan Babayan separatçı rejimin nümayəndələri olmuş şəxslərə xüsusi komitə yaratmağı təklif edib və qeyri-müəyyən mətndə özünü yeni yaradılan komitənin sədri kimi təsvir edib.
"Samvel Babayan Qarabağ ermənilərinə 2026-cı ildə gözlənilən növbədənkənar seçkilər zamanı onun ətrafında birləşməyi və bir cəbhə ilə hərəkət etməyi təklif edib. O, həmçinin əmin edib ki, bütün problemlərin həlli yollarını bilir və bir çox məsələləri həll edə bilər. Başqa sözlə, Babayan özünü Qarabağ ermənilərinin lideri kimi təsəvvür edir", - qeyd olunub.
Lakin Babayanın təklifinin bir çox erməni tərəfindən rədd edildiyi bildirilib.
Onun həmçinin yaradacağı komitənin Qarabağ erməniləri üçün hazırlandığı bildirilib. Belə ki, Qarabağdan dolayı yollarla qaçmağı bacaran Babayanın erməniləri yenidən Qarabağa qaytarmaq planı hazırladığı da qeyd edilib.
Ağarza Elçinoğlu