Ötən 2 ilin göstəriciləri ilə müqayisədə 2023-cü ilin qar örtüyündəazlamalar müşahidə olunur.
"Unikal" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
O bildirib ki, ölkə ərazində son 7 ildə buzlaq sahələri orta hesabla 18 % azalıb.
“Ötən ilin avqust ayına nisbətən dağ göllərinin sahəsində 4,2 % azalma qeydə alınıb. Son illər apardığımız müşahidələrə əsasən Kür çayı dənizə deyil, dəniz Kür çayına axır.Türkiyə ərazisində başlayan Kür çayı Neftçala rayonu ərazisində dənizlə qovuşa bilmir. Bu zamanla su resurslarımızın azalmasına səbəb olacaq”, - deyə o qeyd edib.