BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Avstraliyanın iqlim dəyişikliyi və energetika naziri Kris Bouen ilə əməkdaşlıq məsələlərini müzakirə edib.

“Unikal” xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki paylaşımda bildirilib.

“Biz Avstraliyada COP29 ərəfəsində və ondan sonrakı dövrdə iqlim dəyişikliyi ilə qlobal mübarizə səylərinin müzakirəsinə həsr olunmuş çox məhsuldar görüş keçirdik.

Bərpa olunan enerji mənbələri, emissiyaların azaldılması və ekoloji təmiz sahələrə investisiyalarla bağlı mühüm fikir mübadiləsi aparılıb. Həmçinin noyabrda COP29-da iqlim maliyyələşdirilməsinin əhəmiyyəti də müzakirə olunub. Maliyyələşdirmə qlobal istiləşməni 1,5C səviyyəsində saxlamaq və irimiqyaslı və təxirəsalınmaz iqlim böhranı problemini həll etmək üçün həlledici rol oynayır", - paylaşımda qeyd olunub.