""Telegram"la bağlı yayılan xəbərlər və ya şaiyələr hələ də rəsmi mənbələr tərəfindən öz təsdiqini tapmayıb. Ümumiyyətlə, teleqram anlıq mesajlaşma proqramının yaradıcısı Pavel Durovun həbsi ilə bağlı qoyulan maddələr siyasi yoxsa gərçəkliyi əks etdirən həqiqətlərmidir? Bunda da gələcəkdəki məhkəmə prosedurları öz sözünü deyəcək".
Bunu "Unikal"a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib.
Mütəxəssis son günlər gündəmdə olan "Telegram" sosial şəbəkəsinin kəşfiyyat xarakterli informasiyalarının yayılmasına münasibət bildirib:
"Hazırda teleqram etibarlılığı baxımından digər rəqibləri olan anlıq mesajlaşma proqramlarından daha reputasiyalıdır. Uzun illərdir ki, bu reputasiya səbəbindən də bir çox gizli oyunlar hansı ki, narkotik, silah satışı və qadağan olunmuş bir çox proseslər tibb alış-veriş və bunun kimi qara yönümlü işlərlə etibarlılıq tərəfindən teleqramda aparılırdı. Ümumiyyətlə, etibarlı platformalar hər kəsə, əsasən, dövlət qurumlarına qapalı olur. Buna görə də qapalı, gizli işlər məhz həmin platformada aparılır. Bir proqram təminatının etibarlı olub-olmaması bu tip əmsallarla bilinir. Dövlət qulluqçularının və ya kritik informasiya, güc sturkturlarının anlıq mesajlaşma proqramlarından şəxsi və ya işyönümlü istifadə etməsi təbiidir. Bu, təkcə teleqramdan yox, digər anlıq mesajlaşma platformalarında da aparılır. Lakin şəxs və ya dövlət qurumları məlumat etibarlılığı, gizliliyi səbəbilə bir çox proqram təminatı kimi teleqram və digərlərindən istifadə etməyə bilərlər.
Teleqramın artıq öz etibarlılığını tamamilə itirməsi hələ aktual mövzu deyil. Teleqram öz rəqiblərindən daha reputativ mövqedədir. Və teleqram kimi böyük oyunçular, yəni qlobal müstəvidə istifadə edilə bilən proqram təminatı şirkətlərinin bir şəxs tərəfindən idarə olunmur. Orada idarə olunma heyəti var. İdarə heyəti iş funksiyalarını aparır və təsisçilərinə öz hesabatlarını verirlər. Nəzərə alaq ki, dünyəvi şirkətlər şəxslə əlaqəli deyil, onlar daha çox idarə heyətnin aldıqları qərarla idarə olunur".
Qeyd edək ki, avqustun 24-də "Telegram"ın həmtəsisçisi Pavel Durov Parisin "Le Burje" hava limanında saxlanılıb. Məhkəmə onu bir sıra cinayətlərdə, o cümlədən hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə, uşaq pornoqrafiyasının yayılmasında iştirakda, narkotik vasitələrin qanunsuz dövriyyəsində və mütəşəkkil dəstənin tərkibində dələduzluqda ittiham edib. Avqustun 28-də o, həbsdən azad edilib və 5 milyon avro girov müqabilində məhkəmə nəzarətinə verilib.
Bunun fonunda Rusiya hökuməti dövlət rəsmilərinə "Telegram" və digər sosial şəbəkə platformalarından istifadəni qadağan edib. İndoneziya höküməti də bu proqamın bloklanacağını açıqlayıb.
Gülayə Mecid