Avqustun 29-da 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçicilərlə məhəllə görüşləri 9-cu və 6-cı mikrorayonlarda davam etdi.

"Unikal" xəbər verir ki, A.Quliyev şəhid Rəhimov Ramil Güləli oğlunun ailə üzvlərini ziyarət etdi və xarirə lövhəsinə gül qoydu. 

Daha sonra Azay Quliyev 9-cu mikrorayonda 144 saylı məktəbin qarşısında, Adil Məmmədov, Mir Cəlal və Cavadxan küçələrində, 6-cı mikrorayonda Svetlana Məmmədova küçəsində 203 saylı binanın qarşısındakı parkda, 27 saylı poliklinikanın binasının qarşısında, 246 saylı məktəbin qarşısında və bu ətrafdakı binaların həyətində, digər məhəllələrdə seçicilərlə görüşlər keçirdi, onlarla səmimi müzakirələr apardı.

Seçicilər deputat kimi Azay Quliyevin hər zaman əlçatan olduğunu, onları narahat edən məsələlərin Milli Məclisdə daim qaldırdığını və bir çoxunun həllinə nail olduğunu təqdir etdilər.

Bundan başqa, 9-cu mikrorayon sakinləri içməli suyun keyfiyyətinin yaxşılaşdırılması, bəzi binaların qeydiyata alınmaması kimi problemlərin həlli ilə yaxından məşğul olduğuna, 6-cı mikrorayon sakinləri isə 27 saylı şəhər poliklinika binasının yenidən tikilib sakinlərin istifadəsinə verilməsi üçün göstərdiyi səylərə və məsələnin həllinin yaxın zamanlarda mümkün olacağı haqqında verdiyi son məlumata görə Azay Quliyevə təşəkkür etdilər.

Söhbət zamanı Azay Quliyev seçicilərinə son 4 ildə gördüyü işlər haqqında ətaflı məlumat verdi və onları maraqlandıran sualları cavablandırdı, 1 sentyabr seçkilərinin Zəfər seçkisi olduğunu, hər kəsin səsvermədə fəal iştirak etməsinin vacibliyini diqqətə çatdırdı.

Seçicilər əminliklə bildirdilər ki, bazar günü keçirilən seçkilərdə yaxından iştirak edərək Azay Quliyevi yenidən deputat seçəcəklər.