Yeni Zelandiyanın Maori kralı Tuheitia Paki Te Ferofero VII 69 yaşında vəfat edib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, kral qısa müddət öncə ürək əməliyyatı keçirib.
Bugün səhər saatlarında isə həyat yoldaşı Makau Arika və uşaqları Utumoana, Korotanqa və Nqavay Hono I Te Po yanında vəfat edib.
Qeyd edək ki, Baş nazir Kristofer Lakson və keçmiş baş nazir Casinda Ardern də başsağlığı veriblər.
Fidan Nuriyeva