Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlunun keçmiş arvadı Gülmira Satıbaldı 12 il müddətinə azadlıqdan məhrum edilib.
"Unikal" xəbər verir ki, bu barədə Orda.kz nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Nazarbayevin keçmiş gəlini “qanunsuz azadlıqdan məhrum etmə”, “hədə-qorxu ilə tələb etmə” və “özbaşınalıq” maddələri ilə təqsirli bilinib.
Bundan əlavə, onun sürücüsü Madi Batırşaev də cəzalandırılıb - o, "qanunsuz həbs" maddəsi ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə həbsdən əlavə, Satıbaldıdan 2,6 milyard tenge (9 milyondan çox) məbləğində maddi ziyanın, habelə mənəvi zərər kimi daha 10 milyon tengenin ( 37 min AZN ) ödənilməsinə qərar verib.
Öz növbəsində, Batırşayev də zərərçəkmişə mənəvi ziyana görə 2 milyon tenge (təxminən 7030 azn ) ödəməlidir.
2022-ci il martın 17-də Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti Gülmira Satıbaldı keçmiş əri ilə birlikdə saxlanılıb. O, həmçinin 2021-ci ildə büdcə vəsaitlərini mənimsəməkdə və 2017-ci ildə Almatıda keçiriləcək Universiada obyektləri üçün dövlət tərəfindən tikinti-quraşdırma işlərinə ayrılan pulları oğurlamaqda şübhəli bilinir.
Gülayə Mecid