"Masazır" QPS-də (Qazpaylayıcı stansiya) mövcud qaz sızmalarının ləğv edilməsi məqsədi ilə 30.08.2024-cü il tarixdə saat 11:00-dan 16:00-dək qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan "Unikal"a verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Masazır qəsəbəsinin, Zəngilan Qaçqın şəhərciyinin, Abşeron Gənclər şəhərciyinin, “Viktoriya-313” və “Saray-H” MTK-ların və 10 ədəd sənaye obyektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.