Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Co Baydeni “yarı ölü it” adlandırıb, eyni zamanda Baltikyanı ölkələri “əhəmiyyətsiz insanlarla” müqayisə eedib.
"Unikal" xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
“Niyə Kiyev neonasistləri onlara tamamilə yad olan Donbası qaytarmağa belə can atırlar? Niyə bu gün Qərb dünyasını qoruyan bütün quduz heyvanlar onlara kömək edir: yarımölü it Baydendən tutmuş, Baltikyanı adlanan yerdə üfunətli çuxurda dayanan əhəmiyyətsiz homunculuya (Əhəmiyyətsiz insanlar deməkdir- red) qədər? Səbəb sadədir: pul lazımdır!" – Medvedev yazıb.
Onun sözlərinə görə, Qərb yerli əhalini qıcıqlandıran “başqasının müharibəsinə çox pul xərcləyib”.
Gülayə Mecid