BQXK-nın itkin ailələri arasından seçərək psixososial, hüquqi və tibbi dəstək göstərmək üçün təlim keçdiyi sirdaşlar 2024-cü ilin birinci yarısında 1400-dən çox itkin ailəsi ilə əlaqə saxlayıb.
Bu barədə "Unikal"a Beynəlxalq Qırmızı Xaç Komitəsindən (BQXK) məlumat verilib.
Qeyd olunub ki, eyniləşdirilərək nəşi ailələrinə qaytarılmış insanların yas mərasimləri zamanı onların ailə üzvlərini 350 dəfədən çox ziyarət edib.
Məlumatda bildirilib ki, hazırda ailələrin BQXK-ya verdikləri məlumata əsasən, regionda münaqişə ilə əlaqədar 4000-ə yaxın azərbaycanlı və 1000-ə yaxın erməni itkin hesab edilir.