Sudanda bir-birinin ardınca baş verən fəlakətlər can almaqda davam edir.
"Unikal" xəbər verir ki, iyun ayında ölkənin 11 ştatında başlayan güclü yağışlar daşqınlara səbəb olub. Onlarla insanın evlərini itirdiyi və sular altında qaldığı daşqından sonra vəba epidemiyası başlayıb.
Sudan Səhiyyə Nazirliyi ölkədə yaşanan fəlakətlərlə bağlı açıqlama verib. Açıqlamada iyun ayından bəri ölkənin 11 əyalətində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 173-ə çatıb.
Nazirlikdən verilən açıqlamada ölkədə həddindən artıq yağışların və ardınca daşqınların 170 mindən çox insanın zərər çəkdiyi bildirilib.
Gülayə Mecid