Qarabağı könüllü şəkildə tərk edən ermənilərə Şengen vizası verilmir.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, Qarabağda 070 kod ilə verilən pasportlar səfirliklərdə tanınmır.
Ermənilərdən biri viza almaq üçün Litva səfirliyinə müraciət etdiyini və səfirliyin 070 kodunu əsas götürərək sənədləri rədd etdiyini bildirib.
"Əslində ərizəni qəbul etmirlər, rədd edirlər, amma 070 kodlu pasport sahiblərinin müraciətini ümumiyyətlə qəbul etmirlər. Həmçinin, səfirliklər xüsusi olaraq aydınlaşdırdılar ki, Ermənistan hökumətinin bəyanatlarına əsaslanaraq, biz 070 kodlu pasportların Ermənistan vətəndaşlığını təsdiqlədiyinə əmin ola bilmərik, ona görə də ərizənizə baxa bilmərik. Rəsmi əsaslandırma budur", - deyə hüquq müdafiəçisi Qeqam Stepanyan bildirib.
Ağarza Elçinoğlu