Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, “Qələbə“ dairəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a bildirilib ki, buna səbəb aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işlərinin aparılmasıdır.