Kreml Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsində iştirakından narahat deyil.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, Moskvanın Ulan-Batorla əla dialoqu var.
Rusiya Federasiyasının prezidenti sentyabrın 3-də Monqolustana dövlət səfərinə getməyi planlaşdırır. Peskov vurğulayıb ki, səfərin bütün aspektləri diqqətlə işlənib: "Bizim heç bir narahatlığımız yoxdur, Monqolustandakı dostlarımızla əla dialoqumuz var".
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya liderinin həbsinə order verib.
Ağarza Elçinoğlu