Almaniyada partlayıcı maddələrin istehsal olunduğu müdafiə zavodunda partlayış baş verib.

"Unikal" xəbər verir ki,  bu  barədə "Bild" nəşri məlumat yayıb. 

"Hadisə Troisdorfda (Şimali Reyn-Vestfaliya) baş verib və iki işçi ağır yaralanıb", - nəşr vurğulayıb. 

Qeyd edilir ki, hadisə yerində xilasedici helikopterlər, polis əməkdaşları və yanğınsöndürmə briqadası cəlb olunub. 

Seymur Əli