Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını tanıyır və buna görə də Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderi icra etməyə borcludur.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bildirib. Monqolustana müraciət nazirliyin saytında dərc olunub.
“Putin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyi ədalət qarşısında cavab verməlidir”, - deyə Ukrayna Nazirliyinin bəyanatında bildirilir.
Avqustun 30-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Vladimir Putinin Monqolustana səfəri zamanı heç bir problem gözləmir. O, monqol tərəfdaşları ilə əlaqələrin əla vəziyyətdə olduğunu vurğulayıb.