Ukrayna qoşunları Kursk vilayətində keçirilən əməliyyat çərçivəsində sutka ərzində bəzi istiqamətlərdə 2 km irəliləyib.
"Unikal" xəbər verir ki, bu barədə Qərargahın iclasında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.
Kursk istiqamətində hücum əməliyyatı davam edir. Bir sutka ərzində müəyyən istiqamətlərdə qoşunlarımız iki kilometrədək irəliləyərək 5 kvadratkilometr ərazini nəzarətə götürüb”, - deyə o bildirib.
Onun sözlərinə görə, bütün cəbhə xətti boyunca döyüşlər gedir, ən çətin vəziyyət Rusiya qoşunlarının Ukrayna müdafiəsini yarıb keçməyə çalışdığı Pokrovski istiqamətindədir