Yayın gəlişi ilə hər kəs günəşdən həzz almaq üçün çöldə daha çox vaxt keçirir.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, cüsusilə uzun müddətli və qorunmadan günəş vannası qəbul etmək dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə artıran amillərdəndir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi son illərdə pisləşən ekoloji faktorların təsiri ilə dəri xərçənglərində artım ola biləcəyini bildirib.

Prof. Dr. Zindancı xüsusilə açıq dərili, mavi gözlü, qırmızı saçlı və çilləri olan insanların günəşə daha həssas olduğunu vurğulayıb. Ona görə də bu xüsusiyyətə malik olan insanlar özlərini günəş işığından daha çox qorumalı olduqlarını da əlavə edib. 

Fidan Nuriyeva