Tramp seçkilərdə qələbə qazanacağı təqdirdə xaricdəki bütün müharibələrə son qoyacağına söz verib. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə namizəd Donald Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. 

Qeyd edək ki, o, açıqlamasında "Biz birlikdə sərhədlərimizin təhlükəsizliyi üçün mübarizə aparırıq, xaricdə bitib-tükənməyən müharibələrə son qoyacağıq", ifadələrindən istifadə edib. 

Fidan Nuriyeva