Türkiyənin Muğla vilayətində avqustun 17-də yoxa çıxan Rusiya vətəndaşı Natalya Somovanın meyiti avqustun 31-i səhər saatlarında meşəlik ərazidə tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Marmaris şəhərinin prefekti Nurullah Kaya məlumat verib.
"Təəssüf ki, bölmələrimiz bu səhər qonağımızı ölü tapdı" deyə o bildirib.
Nurullaha Kaya əlavə edib ki, rus qadının sınmış telefonu ilk dəfə meşəlik ərazidə aşkarlanıb. Axtarışlardan sonra Somovanın meyiti tapılıb.
Ölüm səbəbi aparılan müayinədən sonra müəyyənləşəcək.