Terror təşkilatları ilə mübarizəmiz davam edəcək.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“40 ilə yaxındır böyüyən FETÖ-nün vətənə xəyanət dəstəsinin kökünü kəsməklə yanaşı, ordumuzu hər sahədə gücləndirdik. Çevriliş cəhdindən sonra terrora zərbələr endirdik. Terror təşkilatları qaçmağa yer axtarırlar, ancaq tapa bilməyəcəklər. Son 2 ildir ki, "Pəncə" əməliyyatlarımızla İraqın şimalındakı terror bataqlığını qurutmağa çalışırıq”, – deyə o qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyə raketlərdən tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər Hərbi Hava Qüvvələrinin ehtiyac duyduğu hər şeyi istehsal etmək, inkişaf etdirmək və ya təmin etmək üçün çalışır.