Rusiya ordusu Suriyada silahlıların iki bazasını məhv edib. 

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Brifinq zamanı birinci rütbəli kapitan Oleq İqnasyuk bildirib ki, rus qoşunları Cebel Əl-Xal silsiləsi yaxınlığında yaraqlıların bazalarını məhv edib.

Qeyd edək ki, məhv edilən məntəqələr Rusiya Hərbi Hava Qüvvələrinin hücumları nəticəsində Et-Tanf bölgəsini tərk edərək Homs əyalətinin Cebel Əl-Xal dağ silsiləsinə sığınan yaraqlıların baza məntəqələri olub. 

Fidan Nuriyeva