Tədqiqatçılar müəyyən ediblər ki, piyada gəzmək insan ömrünü uzadır.
“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, iki ildən çox mütəmadi olaraq gəzmək fiziki cəhətdən aktiv olmayan kişilərin ömrünü 2,5 il, hərəkətsiz qadınların isə 3 il uzadıb.
Qeyd edək ki, gündə cəmi 2500 addım atmağın 65 və yuxarı yaşda olan insanların sağlamlığını yaxşılaşdırdığı və ölüm riskini azaltdığı da bildirilib.
Fidan Nuriyeva