"Serbiya Aİ-yə daxil olduqdan sonra Rusiyanın blokdakı maraqlarını təşviq etməyəcək".
"Unikal" xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç Praqada keçirilən GLOBSEC 2024 Qlobal Təhlükəsizlik Forumunda bildirib.
"Mən açıq deyirəm: bəli, biz ən qısa zamanda Aİ-nin bir hissəsi olmaq istəyirik və mən nə etməli olduğumuzu bilirəm" , - deyə prezident ifadə edib.
O, Serbiyanın Aİ-də “Rus troya atı” ola biləcəyi ilə bağlı iddiaları dəfələrlə eşitdiyini də qeyd edib. Vuçiç əmin edib ki, o, Rusiya ilə yaxşı münasibətlər saxlamaq niyyətində olsa da, Aİ-də onun maraqlarını təşviq etməyi planlaşdırmır.
Gülayə Mecid