Sentyabrın 1-də Kyoto Universitetinin yapon alimləri dişlərin bərpası üçün dərmanın klinik sınaqlarına başlayıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sınaqlar bir ildən sonra - 2025-ci ilin avqustunda tamamlanacaq. Hər şey plana uyğun getsə, dərman 2030-cu ildə satışa çıxarılacaq. Tədqiqatda ən azı bir dişi itmiş 30-65 yaş arası 30 kişi iştirak edəcək. Sınaqın birinci mərhələsi başa çatdıqdan sonra preparat doğuşdan ən azı dörd dişi əskik olan 2 yaşdan 7 yaşa qədər olan xəstələrdə sınaqdan keçiriləcək.
Texnologiya anadangəlmə diş itkisi olan xəstələrə - adentiyaya kömək etmək üçün nəzərdə tutulub və həmçinin diş böyüməsinin pozulması ilə bağlı xəstəliklərlə mübarizə apara biləcək.
Gülayə Mecid