Moskvadakı Kapotnya neft emalı zavodunda baş verən yanğına ikinci dərəcəli mürəkkəblik dərəcəsi verilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yanğın yerinə Moskvanın bütün rayonlarından yanğınsöndürmə bölmələri göndərilib.
Moskva meri Sergey Sobyanin daha əvvəl pilotsuz təyyarələrin Moskvaya doğru uçduğunu bildirmişdi. Onlardan birinin hücumu nəticəsində Moskva Neft Emalı Zavodunun (MNPZ) ayrıca texniki otağına ziyan dəyib.
Ağarza Elçinoğlu