İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Qəzzanın cənubundakı Rəfahdakı tuneldə altı israilli girovun meyiti tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

IDF sözçüsü kontr-admiral Daniel Hagari bildirib ki, altı girov İsrail hərbçilərinin gəlməsinə az qalmış girovlar HƏMAS tərəfindən "vəhşicəsinə öldürülüb".