Rusiya, Türkiyə, Suriya və İran yaxın gələcəkdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə etmək üçün növbəti görüş keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
" Keçən il xarici siyasət idarələrinin və müdafiə nazirliklərinin böyük səyləri ilə biz müdafiə idarələrinin, xarici işlər nazirliklərinin və kəşfiyyat xidmətlərinin iştirakı ilə görüşlər keçirə bildik. Orada Suriya Ərəb Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin normallaşmasına gətirib çıxara biləcək şərtləri müzakirə etməyə çalışdılar. Həmin görüşlərdə Suriya, Türkiyə, Rusiya və İranın nümayəndələri iştirak edirdi. İndi başqa bir toplantı hazırlamağın məqsədəuyğunluğundan başlayırıq. Əminəm ki, bu, yaxın gələcəkdə baş verəcək", - deyə XİN rəhbəri qeyd edib.
Ağarza Elçinoğlu