Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 31-də ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanı Ukraynaya Rusiyadakı hədəfləri vurmaq üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə verməyə çağırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Mən ABŞ, Böyük Britaniya, Fransa və Almaniyaya müraciət edirəm. Bizə Ukraynanı və ukraynalıları həqiqi və tam şəkildə müdafiə etmək bacarığı lazımdır. Biz hər ikisini tələb edirik: uzaqmənzilli imkanlar üçün icazələr və uzaqmənzilli mərmi və raketləriniz",- Zelenski müraciətində deyib.
O, həmçinin, "Həyati qərarlara, hadisələrə düzgün təsir göstərə bilənlər təxirə salına bilməz.",- deyə əlavə edib.
Zərifə Nağıyeva