Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzçəkmə müəssisəsində səsvermə prosesi keçirilir.
"Unikal" xəbər verir ki, səsvermə Nərimanov rayonu 18 saylı seçki dairəsinin 39 saylı seçki məntəqələri üzrə aparılır.
39 saylı seçki məntəqəsinin sədri Elşad Əhmədov deyib ki, 1469 məhkum qeydiyyatdadır, indiyə kimi 900 nəfər səs verib.
Seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir
Anar Kəlbiyev