Sankt-Peterburqda sürücü biznes sahibi olan qadını qaçırıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, kişi 51 yaşlı iş qadının ailəsindən 10 milyon rubl (185 min azn) tələb edib.
Lakin sürücü ilə qadının arasında mübahisə yaşanıb və kişi qadını məftillə boğaraq öldürüb. Cinayətdən sonra sürücü qadının qardaşı ilə əlaqə saxlayıb, bacısının sağ olduğunu və 10 milyon rubl məbləğində pulu nağd şəkildə göndərməyi tələb edib.
Qətldən sonra sürücü qadının meyitini meşədə gizlədib. Qardaşı bacısının oğurlanması barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Ertəsi gün polis Vyun kəndi ərazisində boğulma əlamətləri olan qadın cəsədi tapıb.
Hazırda sürücü saxlanılıb. Onun əvvəllər bir neçə dəfə məhkum olunduğu və psixiatriya dispanserində müalicə aldığı məlum olub. Cinayətin baş vermə şəraiti müəyyənləşdirilir.
Gülayə Mecid