Donald Trampın ABŞ prezidenti olacağı təqdirdə Ukraynadakı münaqişəni cəmi 24 saata bitirəcəyi ilə bağlı sözləri fantaziya sferasındandır.
"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
"Məncə, sehrli çubuq yoxdur. 24 saat ərzində heç nə etmək mümkün deyil", - o, izah edib.
Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, güman etmək olar ki, ABŞ-nin növbəti prezidenti andiçmə mərasimi zamanı Ukraynaya dəstəyi dayandırdığını bəyan edib, tərəfləri danışıqlar masası arxasına əyləşməyə çağırsa, o zaman bir neçə gün ərzində saatlar "nəsə dəyişəcək”.
Tramp hələ inauqurasiyadan əvvəl dəfələrlə Ukrayna münaqişəsini həll edəcəyinə söz verib. O, həmçinin qeyd edib ki, seçkilərdə qalib gələrsə, dərhal Rusiya lideri Vladimir Putin və Ukraynanın hazırkı prezidenti Volodimir Zelenskiyə danışıqlara başlamaq çağırışı ilə şəxsən müraciət edəcək.
Gülayə Mecid