Amerikanın Milli Futbol Liqasında (NFL) çıxış edən "San-Fransisko 49ers"in oyunçusu Riki Pirsall sinəsindən güllə yarası alıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin "Yunion" meydanında qeydə alınan insidentdən sonra "San-Francisko 49ers"in 23 yaşlı oyunçusu sinəsindən güllə yarası alıb. Xəstəxanaya çatdırılan R.Pirsallın durumu ağırdır.

Hadisəni törədən 17 yaşlı şəxs saxlanılıb.