Namibiyanın Ətraf Mühit Nazirliyi ət tükənməsi səbəbindən 83-ü fil daxil olmaqla 723 vəhşi heyvanı öldürməyi planlaşdırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, heyvanların vurulması milli parklarda və səlahiyyətlilərin fikrincə, heyvanların sayı otlaq və su ehtiyatlarının həcmindən çox olan ərazilərdə aparılacaq.
Heyvanların ətləri Afrikanın cənubunda şiddətli quraqlıqdan əziyyət çəkən insanlara paylanılacaq.
Cənubi Afrika son onilliklərin ən pis quraqlığı ilə üzləşir və BMT-nin məlumatına görə, Namibiya keçən ay ərzaq ehtiyatlarının 84%-ni tükəndirib.
Mütəxəssislərin hesablamalarına görə, Afrikanın beş cənub ölkəsini - Zimbabve, Zambiya, Botsvana, Anqola və Namibiyanı əhatə edən qorunan ərazidə 200 mindən çox fil yaşayır.
Gülayə Mecid