Türkiyə Silahlı Qüvvələri tarixində bir ilk yaşanıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk dəfə olaraq Ordu, Dəniz və Hərbi Hava Qüvvələri Akademiyasını 3 qadın leytenant birinciliklə bitirib.
2024-cü ildə Hərbi Akademiyada Ebru Əroğlu, Dəniz Akademiyasında Şeyda Yıldırım və Hərbi Hava Qüvvələri Akademiyasında İkra Kuyumcu birinci yeri tutmaqla yanaşı, diplomlarını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan alıblar.
Gülayə Mecid