Azərbaycan Ermənistandakı AES-lə bağlı narahatlığını ifadə edib.
"Unikal" xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov "Azadlıq" radiosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, atom elektrik stansiyası dünya standartlarına cavab vermir. O, qəza baş verəcəyi təqdirdə təkcə Ermənistanın zərər çəkməyəcəyini vurğulayıb.
Xatırladaq ki, avqustun 30-da axşam saatlarında Metsamor Atom Elektrik Stansiyasının fövqəladə söndürmə rejimində enerji sistemindən ayrıldığı məlum olub. Dayanmaya səbəb ildırım vurması olub, nəticədə stansiyanın təhlükəsizlik sistemləri stansiyanı təhlükəsiz dayanma rejiminə keçirib. Lakin dünən atom elektrik stansiyası yenidən enerji sisteminə qoşulub.
Ağarza Elçinoğlu