Ukraynada İvan Kojedub adına Hərbi Hava Qüvvələrinin Xarkov Milli Universitetinə aid təlim aviasiya briqadasında Mi-2 helikopteri qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. 

Təlim uçuşu zamanı baş verən hadisədə 2 nəfər həlak olub. 

Hazırda hadisə yerində müstəntiqlər, ixtisaslaşmış ekspertlər, Ukrayna Müdafiə Nazirliyinin xüsusi komissiyasının mütəxəssisləri işləyir.

Araşdırma aparılır. 

Ağarza Elçinoğlu