Rusiya Xarkovu “İsgəndər” raketləri ilə atəşə tutub.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Xarkov vilayətinin başçısı Oleq Sinequbovun sözlərinə görə, beşi uşaq olmaqla 41 nəfər yaralanıb. Onun sözlərinə görə, 10-dan çox zərbə olub, nəticədə mülki infrastruktura, o cümlədən idman sarayına, “Yeni poçt” şöbəsinə və Saltovski rayonundakı ticarət mərkəzinə ziyan dəyib.
Şəhərin meri İqor Terexov raketlərdən birinin şəxsi yaşayış binasına düşdüyünü, supermarketin dağıldığını, üç avtomobilin yandırıldığını deyib. Atəş zonasından 30 nəfər təxliyə edilib. Xarkov şəhərinin Kiyevski rayonunda “Akadeika Pavlova” metrostansiyası yaxınlığındakı ticarət mərkəzinə də ziyan dəyib. Ölüm faktı qeydə alınmayıb.
Xarkov prokurorluğunun rəhbəri Aleksandr Filçakov qeyd edib ki, Rusiya hücum üçün 7 ballistik raketdən istifadə edib.